Bərdədə ağır yol qəzası: Ölən var - FOTO

Bərdədə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, KamAz markalı yük avtomobili əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vuraraq əks istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı avtomobilin üzərinə atıb. Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən elə yerindəcə vəfat edib.

KamAz markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR