Ötən ay bir ailəyə ödənilən sosial yardımın məbləği 33 faizdən çox artıb

2023-cü ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33,05% artıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Beləliklə, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462,1 manat təşkil edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı