"Şeirlərimin fəlsəfəsini siz tapmalısınız" - Elza Seyidcahan DANIŞDI

Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bu isə müzakirələrə səbəb olub.

Metbuat.az "Axsam.az"a istinadən xəbər verir ki, müğənni "Təsir dairəsi" verilişində qonaq olarkən məsələyə münasibət bildirib:

"Bu mövzu o qədər böyüyüb ki, zəng edib deyirlər bir həftə, 10 gün efirə çıxmayın, görsənməyin, qoy danışsınlar. Cavab verdim ki, olmaz. Hərdən qohumlarım gəlib deyir ki, sənin üstündə kiminləsə dalaşmışıq. Deyirəm, niyə? Musiqinə, şeirinə nəsə dedi, başladım onunla dalaşmağa. Cavab verirəm ki, düz etməmisiniz, siz onlara izah edin. O oxucudur, dinləyicidir, başa düşmür.

Vaqif İbrahimoğlu (red. aktyor) söyləyirdi ki, biz hamımız baxırıq, amma hamımız görə bilmirik. Xüsusən də yaradıcı insanlar. Bu yaxınlarda Əşrəf Heybətova (red. Xalq rəssamı) biri sual verib ki, burada nə çəkmisiniz? Bir əsəbiləşdi ki, sən fikirləş orada nə çəkmişəm. Mən çəkmişəm, onu sən tapmalısan. Öz şeirlərim də var. Bir şeirim var, "Yorğun olanda mənimlə məzələn, soy əynini, tök ruhunu təzələn". Başa düşməyənlər indi məzələnirlər, axırda gəlib həqiqəti tapacaqlar".

Elza fikirləri ilə razılaşmayan verilişin qonaqlarına əsəbiləşib və onlarla mübahisə edib:

"Ətin kəfini" misal göstərirsiniz. O şeirimi rus dilinə tərcümə ediblər. "Qazanım aşdı, kəfini yedim", bilirsiniz nədir? Kasıbın necə kasıb olmağıdır. Varlı qazan aşanda yeyir. Kasıb isə kəfini də, içini, dibini də yeyir, deşir də. Kəfkir çıxır qazandan və o deşikdən röyaya baxır, həsrətini çəkir varlı evlərin. Siz onun fəlsəfəsini tapmalısınız. Mən nə edim ki, siz beyninizi düşündürmürsünüz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR