Türkiyədə telefonların qeydiyyat qiymətləri artırıldı

Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyat qiymətləri artırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Resmi Gazete”də yayımlanıb.

Qərarə əsasən, sərnişinlər özləri ilə birgə gətirdikləri telefonlar üçün 20 min türk lirəsi (1301 manat) vergi ödəyəcək. Qərarda deyilir:

“Sərnişinlərin gətirdiyi telefonlardan istifadə icazəsi haqqı 20 min TL olaraq müəyyən olunub”.

Qeyd edək ki, telefonların qeydiyyat qiymətləri ilə yanaşı bir sıra xidmət üzrə vergilər də artırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı