Nazir Nəcəf Novruzovu rəis vəzifəsinə təyin etdi

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Metbuat.az xəbər verir ki, bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.

Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib. Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR