Ukraynada müharibə başlayandan bəri Amerika Birləşmiş Ştatları rusiyalı oliqarxların yarım milyard dollardan çox aktivlərini dondurub.
Bu barədə Metbuat.az ABŞ Baş prokurorunun müavini Liza Monakonun bəyanatına istinadən xəbər verir.
“Biz Rusiya hakimiyyətini dəstəkləyən və ABŞ-ın iqtisadi əks-tədbirlərindən yayınan rusiyalı oliqarxların və digərlərinin 500 milyon dollardan çox aktivini saxlamışıq”, - Monako bildirib.