İsrail ordusu "Hizbullah mövqelərini hədəfə aldı

İsrail ordusu Livandakı Hizbullah hədəflərinə silsilə hücumlar təşkil etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri açıqlama verib. Açıqlamada deyilir ki, hücumlar “Hizbullah”ın Livandakı gücünü bərpa etməsinin qarşısını almaq üçün təşkil edilib. Məlumata görə, Hizbullah hədəflərinə hücumlar kəşfiyyat əsaslı həyata keçirilib. Bildirilir ki, hücumlar həyata keçirilən hədəflər arasında raket atma məntəqəsi, hərbi obyekt və “Hizbullah”ın Suriya-Livan boyunca silah qaçaqmalçılığı üçün istifadə etdiyi marşrutlar var.

Məlumatda deyilir ki, İsrail ordusu hücumlardan əvvəl hədəfləri İsrail və Livan arasında atəşkəs razılaşmasının monitorinq mərkəzinə təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı