59 bal toplayan şəhid anasının çıxışı maraqla qarşılandı - VİDEO

“Belə sual səsləndirdilər ki, aşağı bal toplayan müəllimlərin taleyi necə olacaq? Bəs MİQ imtahanından yüksək bal toplayıb evlərdə vakansiya gözləyən gənc müəllimlərin taleyi necə olacaq?!”

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

O qeyd edib ki, MİQ imtahanı ilə yüksək nəticə göstərərək işə qəbul olunmuş müəllimləri görəndə qürur hissi keçirir: “Müəllim mütləq öz üzərində işləməlidir. Biz elm və texnikanın o qədər sürətli inkişaf etdiyi dövrdə yaşayırıq ki, niyə xaricdən geri qalmalıyıq? Son illər gənc və savadlı müəllimin qarşısında geniş imkanlar açılıb. Bizim işə girdiyimiz dövrdə belə imkanlarımız olmayıb. Bu imkanlardan maksimum yararlanın”.

Müəllimin bu yanaşması auditoriya tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Südabə Qaziyeva müəllimlərin sertifikasiya imtahanında 60 baldan 59 bal toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı