"Bu il təhsil haqları artsa, bu, doğru qərar olacaq" - Ekspert

"Bu il təhsil haqlarının artıb-artmaması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur. Düşünürəm ki, bu il təhsil haqlarının artması doğru qərar olacaq. Nəzərə alsaq ki, qida və digər sektorlarda bahalaşma var. Buna görə də, müəlimlərin maaşları da artmalıdır ki, onlar maddi ehtiyaclarını qarşılaya bilsinlər. Bu da tələbələrin təhsil haqları ilə tənzimlənir".

Bu sözləri Metbuat.az-a açıqlamasında təhsil üzrə ekspert Adil Vəliyev deyib. O, həmçinin Azərbaycan universitetlərinin dünya universitetləri reytinq sıralamasında geridə qalması məsələsinə də toxunub:

"Dünya universitetləri siyahısında yer ala bilmək üçün müəllimlərin maaşlarının artmasından əlavə, müəllimlərə kifayət qədər şans yaratmaq, onların vaxtlarını çərçivəyə salmamamaq lazımdır. Məsələn, müəllim dərsi səhər keçdi, ona icazə vermək lazımdır ki, müəllim sonrakı fəaliyyətində elmi məqalələr yazsın. Çünki dünya reytinq sıralamalarında həm professor heyəti, elmi məqalələr, həm də tələbələrin işlə təmin olunması nəzərə alınır. Düşünürəm ki, təxminən 5 il sonra Azərbaycan universitetləri minliyin sıralarına daxil ola biləcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı