TƏBİB ana və körpənin ölümünü araşdırır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Lənkəran Regional Perinatal Mərkəzində ötən gün baş verən ana ölümü barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, iyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Aygün İlham qızı Qurbanzadə vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib:

“Reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır”.

Qurumdan qeyd edilib ki, ilyarım ərzində mərkəzdə baş verən üç ana ölümü ilə bağlı şikayətlərə də münasibət bildiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı