Mauro İkardi Türkiyəyə geri dönür - Romano AÇIQLADI

PSJ-nin argentinalı hücumçusu Mauro İcardi "Qalatasaray"a qayıdır.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Fabritsio Romano məlumat yayıb. Məlumata görə, İstanbul təmsilçisi ilə İcardi arasında müqavilənin son detalları müzakirə edilir və transfer yekunlaşmaq üzrədir.

Transfer üçün PSJ-yə10 milyon avro ödəniləcəyi bildirilib.

Qeyd edək ki, İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib və 26 oyunda 23 qol və 8 asistə imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR