Kriptovalyuta bazarında vəziyyət nə yerdədir?

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1 trilyon dolları ötsə də, həftə ərzində ucuzlaşma qeydə alınıb.

Metbuat.az kriptovalyuta bazarını təhlil edən "CoinGecko" platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 0,6 % azalaraq 30,094 ABŞ dollar olub. Bu da son 1 həftədə 1,8%-lik azalmadır.

"Etherium"un qiyməti də son sutkada 0,7% azalaraq 1.855 ABŞ dolları olub. Son həftədəki azalma rəqəmləri isə 4,7%-i göstərir.

"CoinGecko"nun Bakı vaxtı ilə saat 11:00-a olan məlumatları aşağıdakı kimidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı