Nazirin prorektor təyin etdiyi Elsevər Əsədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Elsevər Əsədov Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Metbuat.az Elsevər Əsədovun dosyesini təqdim edir:

Elsevər Sabir oğlu Əsədov 1974-cü ildə Naxçıvan Muxtar Res­pub­li­ka­sı Şahbuz rayonunun Biçənək kəndində anadan olub. O, 1997-ci ildə Naxçıva Dövlət Universitetinin Təbiətşünaslıq və riyaziyyat fa­kül­tə­si­­nin “Biologiya” ixtisasını, 1999-cu ildə isə universitetin Magistratura təhsil pilləsinin “Genetika və seleksiya” ixtisasını bitirib.

2000-ci ildə Naxçıvan Dövlət Universitetinin “Təməl tibb fənləri” kafedrasında laboratoriya müdiri, 2002-ci ildə müəllim, 2007-ci ildə baş müəllim, 2010-cu ildə dosent, 2013-cü ildə kafedra müdiri vəzifələrinə təyin olunub.

2016-cı ildən Tibb fakültəsinin dekanıdır.

2007- ci ildə “Naxçıvan MR-də bal arısının əsas bioekoloji xüsusiyyətləri, arı vərərmumunun toplanması və fiziki-biokimyəvi xassələri” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi alıb.

2011-ci ildən “Naxçıvan Muxtar Respublikasında bitki mənşəli arıçılıq məhsullarının fiziki-biokimyəvi xassələri və keyfiyyət göstəriciləri” mövzusu üzrə doktorluq dissertasiyası üzərində çalışır.

15 kitabın, 65-dən artıq elmi məqalənin müəllifidir. “Biologiyadan biliklərin yoxlanılması” I,II və III hissələr, “Zoologiya (Ümumtəhsil məktəblərinin VII və VIII sinifləri üçün dərslik)”, “Bal arısının xəstəlikləri və zərərvericiləri”, “Naxçıvanda arıçılıq: ənənələri və perspektivləri”, “Azərbaycan təbii balının keyfiyyət göstəriciləri və dövlət standartları” kitabları elmi-pedaqoji mühitdə rəğbətlə qarşılanıb.

2018-ci ildə Azərbaycan Respublikası “Avropa nəşr mətbuat evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı