Tibb Universitetinin professoru vəfat etdi - FOTO

Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının professoru Tamfira Əliyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

Qeyd edək ki, Tamfira Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb.

Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsi idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı