Müharibə iştirakçısının toyunda atdığı bu addım maraqla qarşılandı - VİDEO

Şabranın Gəndab kəndində yeni ailə quran gənclər gözəl bir ənənənin təməlini qoyublar.

Metbuat.az "Bizim.media"ya istinadən bildirir ki, gənclər toy günü şadlıq evinə getməzdən əvvəl kənddə yerli veteranların, sakinlərin və iş adamlarının dəstəyi ilə yaradılmış Gəndab Şəhidlər və Qazilər bağına gəlirlər və Şəhidlər bağındakı xatirə kompleksinin qarşısına əklil qoyulur.

Ötən gün toyu olan baş leytenant, Vətən Müharibəsi iştirakçısı Əhməd Paşayev də xanımı ilə bu təşəbbüsü qəbul edib. Onlar tərəfindən Xatirə kompleksinin qarşısına əklil qoyulub. Yeni ailə quran gənclər burada duz-çörək kəsib, şərbət içib. Hərbçi bəyə türk əli işi olan xəncər bağışlanıb.

Qeyd edək ki, Gəndab kəndində Şəhidlər və qazilər bağı Birinci Qarabağ Müharibəsi veteranı Rəşad Heydərovun təşəbbüsü ilə inşa edilib.

Veteran həmçinin açıqlamasında bildirib ki, bu ənənənin daimi olması istənilir. Üstəlik gənc və yeniyetmələrimiz zərərli vərdişlərdən uzaq olub, bu bağda torpaq uğrunda canlarından keçən şəhidlərimizi daha çox yad etsinlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı