Bu həftə bürcləri nələr gözləyir? - Pul, sevgi, karyera şansı

Astroloqlar həftənin ulduzlar haqqında proqnozunu açıqlayıblar.

Metbuat.az bu həftəyə olan astroloji proqnozu təqdim edir:

Göylər bu həftənin müsahibələr, təkliflər almaq, araşdırma aparmaq üçün uğurlu olduğu mesajını verib. Yaxşı olar ki, başqalarının da məsləhətlərinə qulaq asasınız.

Bununla belə, bəzi şeylərə məhəl qoymamalı və daimi və möhkəm tərəfdaşlıq üçün həvəslə çalışmalıyıq. Bu həftə münasibətlərdə tənqidlərə dözümsüzlükdən uzaq olmalıyıq.

Qoç:

Bu həftə istədiyinizi əldə etmək üçün mübarizə aparmaqdan çəkinməyəcək, həyatı dilədiyiniz kimi yaşayacağınız. Gündəlik işinizdə sürətli və praktik həllər ilə yolunuza davam etmək istəyiniz gündəminizdə olacaq. Sizin ideyalarınızı insanları heyran edə bilər.

Buğa:

Həftənin əvvəlində qəzəbli münasibətiniz ola bilər. Mübarizə qabiliyyətini itirmək hissi sizi yoracaq. Həftənin ortası özünə inamınızın bərpa olunduğu və həyata daha mülayim baxacağınız proses başlayır. Əgər uşaqlarınız varsa, onların hiperaktiv davranışları sizi yora bilər.Yaxşı olarki onları enerjilərini sərf edəcək bir şeylə məşğul edəsiniz. Diqqətli olun, danışarkən həddən artıq güvəndiyiniz insanlar üçün anlaşılmazlıqlar yarana bilər.

Əkizlər:

Bu həftə özünüzə vaxt ayırmaq istəyə bilərsiniz. Tək olmaq sizin üçün yaxşı seçimdir. Daxili səsinizi dinləməklə mənəviyyatınızı qidalandıra bilərsiniz. Maddi problemlər hələ də sıxıntınızı artırır. Evinizi və ailənizi kənar təhlükələrdən qorumaq üçün təşkilatçılıq bacarıqlarınızdan istifadə edin. Bu zaman özünüzü daha azad hiss edə bilərsiniz. Hazırda düşüncələrinizi ifadə etmək üçün imkanlar yarada və digər insanlarla daha yaxşı anlaşa biləcəyiniz bir dövrə girirsiniz.

Xərçəng:

Xərçəng və yüksələni Xərçəng olanlar, karyera və iş mühitinizdə veriləcək sürətli qərarlar bu həftə aktiv olacaq. Təhsil, nəqliyyat, biznes fəaliyyəti, qısamüddətli plan və proqramlar sahəsində hər şeyi daha səmərəli etmək istəyi ilə yaxın ətrafınızda baş verənlərlə daha çox maraqlanacaqsınız. Bu dövrdə yaxınlarınızla diqqətli olmaq faydalıdır. Lakin yenə də sizi narahat edən münasibətlərinizdən uzaq dursanız yaxşıdır.

Şir:

Bu həftə sizin gündəminiz uzaqdan gələn xəbərlərlərlə dəyişilə bilər. Bazar ertəsi enerji sahələriniz dəyişəcək. Təqribən bir ay ərzində maliyyə məsələləri yaxşılaşa bilər. Bu da sizin üçün yaxşı qazanc gətirəcəkdir.

Qız

Çərşənbə axşamından sonra sizə zövq verəcək mövzular və hadisələrlə məşğul olacaqsınız. Marsın Qız bürcünə keçməsi ilə həyatınız sürətlənəcək. Hər şeyi istədiyiniz kimi edə bilərsiniz, ancaq hərəkətə keçməli olduğunuz məsələlər varsa. Ona görə də bir az səbrli olun.

Tərəzi

Sevdiyiniz insanla həftə sonundan yaxşı ünsiyyətə başlayacaqsınız. Bu həftə pulla bağlı məsələlərlə də məşğul olacaqsınız. Bu günlərdə qəzəbiniz yüksələcək və daha çox diqqət gözləyə bilərsiniz. Amma insanları incitməkdənsə, yaxşı olar ki, bu müddətdə sevdiyiniz işinizə diqqəti artırasınız. Xüsusən də sağlamlığınıza daha çox diqqət yetirin.

AİDƏ / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı