Ərdoğan İsveçin NATO-ya üzv olması üçün şərtini açıqladı

“Əvvəlcə gəlin Türkiyənin Avropa Birliyinə üzv olması üçün problemləri aradan qaldırın, sonra Finlandiyaya yol açdığımız kimi İsveçin də NATO-ya üzv olmasının yolunu açaq”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. Ərdoğan NATO Sammitində iştirak etmək üçün Litvanın paytaxtı Vilnüsə yola düşməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransında danışıb:

“Alyansın müdafiə strukturunu gücləndirmək və başda Ukrayna olmaqla tərəfdaşları dəstəkləmək üçün Madrid Sammitində qəbul etdiyimiz qərarları nəzərdən keçirəcəyik. Biz inanırıq ki, müharibəni ədalətli və davamlı sülhlə tezliklə başa çatdırmaq Ukraynanın NATO-ya üzvlük prosesini asanlaşdıracaq. Bəzi müttəfiqlərimizin ölkəmizə qarşı haqsız yerə qoyduğu məhdudiyyətlər, maneələr bizi məhdudlaşdırır. Sammitdə Türkiyəyə qarşı sanksiya və məhdudiyyətlər qoyan müttəfiqlərə bu səhvdən tez bir zamanda dönməsi üçün çağırışımızı təkrarlayacam. Digər gündəm məsələsi NATO-nun genişlənməsidir. Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyən ölkədir. İsveç və Finlandiyanın NATO üzvlüyünə müraciətləri ilə bağlı ötən il Madriddə imzalanan üçtərəfli razılaşma ilə yol xəritəsi hazırlanıb. Öz öhdəliklərinə uyğun fəaliyyət göstərən Finlandiya aprel ayında rəsmi olaraq alyansa üzv oldu. İsveçə gəlincə, proses davam edir. İsveçin NATO-ya üzvlük prosesinin gedişi üçtərəfli sazişdə qeyd olunan məsələlərin yerinə yetirilməsindən asılıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı