DİN-in 4 əməkdaşına ali xüsusi rütbə verilib

Daxili işlər orqanlarının 4 əməkdaşına ali xüsusi rütbə verilib.

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, daxili işlər orqanlarının fəaliyyətini həmişə yüksək qiymətləndirən Prezidentin Sərəncamları ilə ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 38 əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb, habelə rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR