Rusiyadan Türkiyə-İsveç razılaşması barədə ilk açıqlama

"Türkiyənin NATO qarşısında öhdəlikləri var. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var, eyni zamanda ortaq maraqlarımız da var. Moskva Ankara ilə münasibətlərini daha da inkişaf etdirməyə hazırdır".

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə və İsveç arasında NATO-ya üzvlük məsələsi ilə bağlı razılaşmaya belə münasibət bildirib.

Peskov bildirib ki, İsveçin NATO-ya üzv olması Rusiyanın təhlükəsizliyinə mənfi təsir göstərəcək. Peskov Finlandiyanın üzvlüyündən sonra Moskva rəhbərliyinin atdığı addımların eynisini İsveçin də hərbi alyansa üzv olmasından sonra atacağını vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Rəcəb Tayyib Ərdoğanla razılığa gəlindiyini açıqlayıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı