Azərbaycanda halal infrastrukturun formalaşdırılması imkanları müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İslam İnkişaf Bankının ilə Azərbaycanda halal infrastrukturun formalaşdırılması imkanlarını müzakirə edib.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında keçirilmiş görüşdə ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafını təmin edəcək alət və mexanizmlərin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən halal infrastrukturun formalaşdırılması imkanları, beynəlxalq təşkilatların bu prosesə cəlb edilməsi və birgə layihələrin icrası sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı