"Azərbaycan Cənubi Qafqazda ən önəmli müttəfiqimiz və qardaş ölkədir" - TBMM-in sədri

Bilirsiniz, Türkiyədə vəzifəyə gələn hər kəs ilk olaraq, Şimali Kiprə və Azərbaycana rəsmi səfər edir.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Cənubi Qafqazda ən önəmli müttəfiqimiz və qardaş ölkədir. Türkiyənin həm Kiprlə, həm də Azərbaycanla olan münasibəti bizlər üçün olduqca əhəmiyyətlidir", - o əlavə edib.

Numan Kurtulmuş deyib ki, Türkiyə türk dövlətləri ilə olan münasibətləri çox əhəmiyyətli hesab edir:

"Bir az sonra Prezident İlham Əliyevlə, Milli Məclisin sədri ilə və Baş nazirlə görüşəcəyik. Yəni bugünkü görüşlərimiz olduqca əhəmiyyətlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı