Fəhlə, direktor, rəis, professor - Saxta elmi ad satan Şəfa Əliyevin DOSYESİ

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Həmçinin oxuyun: Saxta elmi ad satan Şəfa Əliyevə bu CƏZA VERİLDİ

Metbuat.az xəbər verir ki, Şəfa Əliyev vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verib. Məhkəmənin qərarı ilə ona ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

O, 2017-ci ildən Sumqayıt Dövlət Universitetinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru imiş.

Açıq mənbələrdə qeyd olunan məlumatlara görə, professor 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olub. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir. 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət edib. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlayıb. Müxtəlif illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində, Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışıb. Həmçinin Sumqayıt “Sintezkauçuk” İstehsalah Birliyinin maliyyə şöbəsi rəis müavini və rəisi vəzifələrində işləyib. O, həm də Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin baş eksperti vəzifəsini tutub.


Şəfə Əliyev “Azərikimya” Dövlət Şirkətində baş mütəxəssis, Təçizat və Satış İdarəsinin MDB ilə əlaqələr şöbəsinin rəisi, “Azərikimya” Dövlət Şirkətinin Moskva nümayəndəliyin başçısı vəzifəsində işləyib və bu şirkətin dünya ölkələri ilə xarici iqtisadi əlaqələrinin yaradılması, inkişaf etdirilməsi ilə məşğul olub. “Azərikimya” DŞ-nin “Etilen-Polietilen” zavodunun baş iqtisadçısı “Azərikimya” DŞ-nin Səthi Aktiv Maddələr zavodunun iqtisadi məsələlər üzrə direktor müavini vəzifəsində işləyib, “Azərikimya” Dövlət Şirkətinin Vitse-Prezidenti və “Azərikimya” DŞ-nin “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində fəaliyyət göstərib.

2006-2011-ci illərdə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru və 2011–2013-cü illərdə Bakı şəhər Məşğulluq İdarəsinin direktoru vəzifələrində işləyib. Azərbaycanın 50 şəhər və rayonlarının Məşgulluq Mərkəzlərində İşçi qrupunun rəhbəri kimi ölkədə məşğulluq xidmətinin təkmilləşdirilməsi üzrə fəaliyyət göstərib. 2013-cü ildə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 7 sayli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi olub.

O, həm də Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Bundan əlavə, İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Şəfa Əliyev ”Tərəqqi” medalı ilə təltif olunub. 2009-cu və 2019-cu ildə ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanlarına layiq görülüb. Şəfa Əliyev sərəncamla Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Elmi fəaliyyətinə gəlincə, Şəfa Əliyev 245-dən çox elmi əsərlərin, o cümlədən 4 monoqrafiyanın (biri həm müəllifliklə), 7 kitabın (ikisi həmmüəllifliklə), iki dərsliyin və üç dərs vəsaitinin müəllifidir.

Ailəlidir. Üç övladı və 6 nəvəsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı