Mərkəzi Nəbatat Bağının ərazisi genişlənib

Yenidənqurma və bərpa işləri nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 44,8 hektara çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verərkən bildirib.

Qeyd edilib ki, vaxtilə ərazidə yerləşən avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb. Hazırda bağın ərazisində yeni, müasir layihəyə əsasən geniş bərpa və yenidənqurma işləri müvəffəqiyyətlə davam edir.

Layihəyə əsasən bağda müxtəlif növ yeni ağacların əkilməsi, müasir dizaynlı guşələrin yaradılması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı