Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb.

Bu barədə Metbuat.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüş zamanı 2023-cü ilin hər iki ölkə üçün xüsusilə əlamətdar olduğu bildirilərək cari ildə həm Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğu vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd olunub.

İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin ticarət-iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı