​FİFA klublara 209 milyon dollar ödəniş etdi

FİFA 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatına futbolçu göndərən klublara 209 milyon dollar ödəyib.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA məlumat verib. Bildirilir ki, Klublara Yardım Proqramı çərçivəsində altı konfederasiyanın 440 klubuna, ümumilikdə 837 oyunçuya görə ödəniş edilib. Məlumata görə, hər bir klubun oyunçusunun turnirdə keçirdiyi günlərin sayına və bir həftəlik rəsmi hazırlıq dövrünə görə ödəniş edilib. Ödənişli klublardan 78-i ikinci, 13-ü üçüncü, 5-i dördüncü, biri isə beşinci liqalarda çıxış edir.

Qeyd edək ki, klublar 2010-cu ildəki dünya çempionatından bəri FİFA-dan yardım alırlar. Ödənişlər matçlarda oynayıb-oynamamasından asılı olmayaraq bütün oyunçular üçün edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı