Azərbaycanın dövlət borcu açıqlanıb - RƏSMİ

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 16 151 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 14,5 %-i qədər olub.

Metbuat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun 11 180,7 milyon manatı və yaxud 6 576,9 milyon ABŞ dolları xarici, 4 970,3 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 10 %-i və 4,5 %-i qədərdir.

Daxili dövlət borcunun əsas hissəsi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılmış dövlət istiqrazlarından ibarətdir. Hesabat tarixinə dövriyyədə olan dövlət istiqrazlarının 28,5 %-i 1 illik, 54 %-i 2 və 3 illik, 17,5 %-i isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı