Bu çimərliklərə giriş haqqı 30 manatdır - VİDEO

İsti yay günlərində əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Ödənişli və yaxud ödənişsiz, hər kəs istirahətini cibinə görə müəyyənləşdirir. Amma özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərdə üz tutmasına gətirib çıxarır.

Metbuat.az xəbər verir ki, sakinlər Xəzər TV-yə ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

Özəl çimərliklərdən fərqli olaraq burada sərt qaydalar tətbiq edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.

Bəs, görəsən, özəl çimərliklərdə qiymətlər niyə bahadır?

Araşdırma zamanı məlum olub ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir. İstirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su burada 3 manata təklif edilir.

Qiymətlərin belə olması xidmət səviyyəsinin yüksək olması ilə izah edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı