Bakıya istirahət üçün gəldi, faciəvi şəkildə öldü

Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə ölüm hadisəsi baş verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya vətəndaşı, Bakıya turist kimi gəlmiş 44 yaşlı Yuriy Kuzneçov “İstanbul Meyhane” restoranı ilə üzbəüz çimərlikdə suda batıb. Belə ki, o, tanışı Svetlana Borisovna və həmin qadının oğlu ilə birgə çimərlikdə olarkən suda boğulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı