Bakıda kafe yanıb.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda ümumi sahəsi 100 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) 1 otağının yanar konstruksiyaları,içərisində olan əşyalar 6 m² sahədə, digər otağının lambirdən ibarət tavanı və şüşə-pambıq üzlüyü 3 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.