Sumqayıtda it dişləyən azyaşlı quduzlaşıb? - AÇIQLAMA / VİDEO

TƏBİB sosial şəbəkədə videosu yayılan it dişləyən uşaqla bağlı açıqlama yayıb.

TƏBİB-dən Metbuat.az-a verilən xəbərə görə, Balakən qeydiyyatında olan, Sumqayıtda məskunlaşan 2016-cı il təvəllüdlü Mirqafarov Tunar Kənan oğlu ailə üzvləri ilə birlikdə 8 iyul 2023-cü il tarixində ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına daxil olub. Ailə üzvlərinin sözlərinə görə, onu it dişləyib.

Baş, qol və kürək nahiyələrindən xəsarətlər alan Tunar Mirqafarova ilkin tibbi yardım göstərilib, cərrahi əməliyyatlar həyata keçirilib.

Eyni zamanda ona quduzluq əleyhinə immunoqlobulin və sxemə uyğun antrabik vaksini vurulub. Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabildir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı