Tanınmış aparıcı ilə eşq yaşayan nazir yoxa çıxdı - FOTO

Çinin yeni xarici işlər naziri Qin Qanqın həftələrdir ictimaiyyət qarşısına çıxmaması müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, Qanqın eşq həyatı ilə bağlı diqqətçəkən iddia ortaya atılıb. Qanqın bir müddətdir ki, Honq-Konqda diktor işləyən Fu Xiaotian ilə gizli eşq yaşadığı iddia edilib. Şri-lankalı həmkarı ilə sonuncu dəfə ötən ay görüşən və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayan Qanqın, Çin administrasiyası ilə fikir ayrılığında olduğu iddia edilir. Cakartada keçirilən sammitə səhhətindəki problemlərə görə qatılmayan Xiaotianın da yoxa çıxdığı bildirilib.

Qeyd edək ki, Xiaotianın şəxsi sosial media platformasında sonuncu dəfə lüks təyyarəsi, Qanq ilə müsahibəsinin skrinşotu və körpəsi ilə çəkdirdiyi selfi paylaşalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı