Balasanyan azadlığa buraxıldı

Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan həbsdən evə buraxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan məlumat yayıb.

Məlumata görə, Qarabağdakı qondarma məhkəmə Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib və onun azad olunmasına qərar verib.

Qeyd edək ki, iyulun 14-də Vitali Balasanyan və oğlu kredit dələduzluğunda ittiham olunaraq saxlanmışdı. Saxlanılan zaman döyülən erməni generalın səhhətində problemlər yaranmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı