"Qalatasaray" bir müddətdir danışıqlar apardığı Aleksis Sançeslə razılığa gəlib.
Metbuat.az xəbər verir ki, "Marsel"lə müqaviləsi başa çatan ulduz futbolçu ilə görüşən "Qalatasaray" prinsipial razılıq əldə edib.
İddialara görə, Aleksis Sançes əvvəlcə "Qalatasaray"ın transfer təklifini rədd edib. Sançes karyerasını Avropanın beş böyük liqasından birində davam etdirmək istəyib. Lakin istədiyi təklifi ala bilməyən Sançes meneceri vasitəsilə özü "Qalatasaray"a mesaj göndərib.
Aleksis "Qalatasaray"ın təklifini qəbul etdiyini bildirib. Digər hücumçularla da, razılıq əldə edən "Qalatasaray" yekun qərarını verəndən sonra Aleksis Sançes trasferini açıqlayacaq.