4 yaşlı uşaq 3 məşqçinin gözü önündə öldü - TƏFƏRRÜAT

Hovuzda üzərkən halı pisləşən uşaq ölüb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb. Mərkəzin meneceri Emil Abdullayev "Xəzər Xəbər"ə bildirib ki, Gulay tez-tez hovuza üzməyə gəlirmiş.

Onun sözlərinə görə, məşqçinin nəzarəti altında üzən uşaq qoruyucu vasitələrlə təmin olunub.

Şahidlər iddia edir ki, təcili tibbi yardım avtomobili əraziyə vaxtında çatmayıb.

Hadisə ilə bağlı Baş prokururluq da məlumat yayıb. Araşdırmadan sonra hadisə ilə bağlı qərar veriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı