​Özbəkistanlı gözəllik mütəxəssisi “Global Golden People Awards 2023”də təltif edildi

Özbəkistanlı gözəllik mütəxəssisi, “Doktor Şükürova” növbəti dəfə beynəlxalq müsabiqədə laureat oldu. Fəaliyyəti ilə ön planda olan peşəkar mütəxəssis eyni zamanda kosmetologiya və trixologiya sahəsində beynəlxalq ekspertdir.

Həkim ailəsində doğulan Nargiza Şükürova valideynlərinin peşəsini davam etdirərək Daşkənd Tibb Akademiyasında ali tibb təhsili alır. Estetik kosmetologiya üzrə ixtisaslaşan Nargiza xanımın bu seçimi etməkdə məqsədi qadınları hər zaman gözəl görməkdir. “Doktor Şükürova” fəaliyyət göstərdiyi müddət ərzində onun sehrli əllərindən mükəmməl nəticələrləminlərlə qadın keçib. Öz biliklərini daim inkişaf etdirən, beynəlxalq təcrübədən yararlanan peşəkar həkim kosmetoloq bir sıra xarici və yerli titulların, mükafatların sahibidir. O, Ishrs Trixoloqlar Assosiasiyasının, Tibbi Turizm Assosiasiyasının, ABŞ-da Estetik Tibb Assosiasiyasının üzvü, “Özbəkistanda müalicə turizminin inkişafına verdiyi töhfəyə görə” fəxri döş nişanının, "Number one" beynəlxalq səviyyəli həkim-kosmetoloq adının, cərrahi üzgərmə sahəsində ən yaxşı üsulların müəllifi kimi"Full Face" Diplomu və "Rusiyanın fəxri" mükafatının sahibidir.

Kosmetologiya və trixologiya sahəsində beynəlxalq ekspert Nargiza Şükürova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı