Sabahdan magistraturaya elektron sənəd qəbuluna başlanılır

Sabah saat 11:00-dan ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu prosesinə start verilir.

Metbuat.az xəbər verir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat prosesi 31 iyul saat 18:00-da yekunlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı