ABŞ-dan Ukraynaya növbəti dəstək

ABŞ-ın Müdafiə Nazirliyi Ukraynanın döyüş meydanındakı ehtiyaclarını dəstəkləmək üçün 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi açıqlayıb.

Metbuat.az xəbər verir ki, Pentaqonun bəyanatına görə, Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim edilən yeni 1,3 milyard dollarlıq hərbi yardım paketi hava hücumundan müdafiə sistemlərini və sursatları ehtiva edir. Yardım paketinə 4 milli qabaqcıl yer-hava raket sistemi (NASAMS), döyüş sursatı, 152 millimetrlik artilleriya mərmisi, minalardan təmizləmə avadanlığı, “TOW” raketləri, pilotsuz uçuş sistemləri və digər avadanlıqlar daxildir.

“Birləşmiş Ştatlar öz müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya onun döyüş meydanında təcili və uzunmüddətli təhlükəsizlik ehtiyaclarını ödəmək üçün dəstəyini davam etdirəcək”, - bəyanatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR