XİN Zaxarovaya tutarlı cavab verməlidir - Politoloq

"Bir sıra xəbər saytımızın başlığına çıxarılan “Zaxarova Türkiyəyə meydan oxuyur” cümləsini əslində “Zaxarova Azərbaycana meydan oxuyur” kimi də yazmaq olar".

Metbuat.az xəbər verir ki bunu, politoloq elxan Şahinoğlu öz feysbuk hesabında yazıb. O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnus zirvə toplantısında “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağı tərk etməlidir” cümləsiylə Kreml sahibi Vladimir Putinə mesaj göndərməklə Azərbaycana dəstəyini ifadə etmişdi:

"Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bu açıqlamasına “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil” deyərkən Türkiyə ilə yanaşı Azərbaycanı da hədəf alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarının Ankara və Bakıya göndərdiyi “mesaja” reaksiya verməli, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda yeri və rolu barədə Moskvaya tutarlı cavab yayımlamalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı