Mahir Emrelinin gedişi “Konyaspor”u qarışdırdı

Türkiyənin “Konyaspor” klubunun baş məşqçisi Aleksandar Stanoyeviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandadan gedişinə görə narazıdır.

Metbuat.az-ın yerli mətbuata istinadən məlumatına görə, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunun boşluğunun doldurulmadığını açıqlayıb.

Stanoyeviç bu üzdən hücum xəttində problem yaşadıqlarını söyləyib: “Ötən mövsüm heyətimizdə Mahir Emreli və Mame Diuf var idi. Ancaq onlar komandadan ayrıldılar və yerlərinə heç kim alınmadı. Hücum xəttindəki boşluğu doldurmalıyıq”.

Qeyd edək ki, 2022/2023 mövsümünün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirən Mahir Emreli yay fasiləsində müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna (Zaqreb) qayıdıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı