​Biznes sahibləri "Unibank"dan dəqiqələr ərzində və girovsuz kredit götürə bilər

Unibank, biznes sahiblərinə istədikləri vaxt maliyyə vəsaiti əldə etmələri üçün çox sərfəli şərtlərlə overdraft kreditləri təklif edir.

Sahibkarlar təcili pul lazım olan anda özlərinə sərf edən, qısa müddətli biznes kreditlərindən birini seçib, müraciət edə bilərlər. Müşahidələr göstərir ki, “Unibank”ın overdraft kreditləri öz sərfəli şərtlərinə görə, sahibkarların tez-tez müraciət etdiyi məhsullar içərisindədir. Biznes sahibi istənilən vaxt 150 000 AZN-dək qısa müddətli krediti banka gəlmədən, girovsuz və cəmi 15 dəqiqəyə götürə bilir. Overdraft kreditini birinici dəfə götürən sahibkarlar komissiya haqqı ödəməkdən azaddır.

Elə indi sifariş edib (https://online.unibank.az/corporate/ ), faydalana bilərsiniz!

Qeyd edək ki, overdraft kreditlər biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Bu kreditlərin məhsulun şərtlərindən asılı olaraq, banka faizsiz qaytarılması imkanı da mövcuddur.

“Unibank”dan overdraft krediti götürməyin digər üstünlüyü də biznes sahibinin bu vəsaiti banka gəlmədən, dəqiqələr ərzində, birbaşa hesabından əldə etməsidir. Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, biznes sahiblərinin cəmi 15 dəqiqə ərzində lazım olan vəsaiti əldə etməsinə imkan yaradıb.

Hazırda Unibankın biznes sahibləri üçün “Yay kampaniyası” da davam edir.Kampaniya müddətində bankda avqustun sonunadək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur. Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı