Rusiya taxıl terminalını bombaladı

Ukraynanın Odessa vilayətində Rusiya ordusunun raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper açıqlama verib. O bildirib ki, yanğın nəticəsində 100 ton noxud və 20 ton arpa sıradan çıxıb. Məlumata görə, Rusiya döyüş gəmilərindən atılan iki raket bölgədəki taxıl anqarını hədəfə alıb.

"Ruslar Qara dənizdəki gəmidən "Kalibr” tipli raketlərlə vurub. Odessa vilayətindəki kənd təsərrüfatı müəssisələrindən birinin taxıl terminalları vurulub. Düşmən 100 ton noxud və 20 ton arpa məhv edib. Partlayış nəticəsində 2 nəfər yaralanıb” – açıqlamada deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı