Noura Akremi “Global Golden People Awards 2023”də laureat oldu

Tunisli teleaparıcı, "Ajwan" jurnalının baş direktoru və təsisçisi, sosial media fenomeni və işgüzar xanım Noura Akremi beynəlxalq müsabiqədə seçilənlərdən oldu. Müstəsna təqdimat qabiliyyəti ilə tanınan teleaparıcı qısa zaman ərzində auditoriyaya nüfuz etməyi bacarır.

2019-cu ildən həm də,bloger olaraq fəaliyyət göstərən Noura Akremi bu sferada bir çox məşhur sima və ictimai xadimlə görüşlər keçirib.

Onun bir neçə dildə sərbəst danışa bilməsi beynəlxalq əməkdaşlıqlar üçün iş həyatında müsbət rol oynayır. On ildən artıq iş təcrübəsi olan sevilən sima bu illər ərzində bir çox uğurlara imza atıb.

Son olaraq, Noura Akremi 2 iyul 2023-cü il tarixində Bakıdabaş tutanbeynəlxalq“Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Media Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR