İqtisadi artımla bağlı proqnoz açıqlandı

Aparılan təhlillər 2026-2028-ci illərdə Azərbaycanda artımın tamamilə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərir.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

"Növbəti il üçün ölkə iqtisadiyyatının real ifadədə 3,5 % artacağı, istehsal olunan ümumi daxili məhsulun (ÜDM) isə 129,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Növbəti ildə hər iki sektorun iqtisadi artıma töhfə verəcəyi, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır.

Baza ssenaridə təqdim olunmuş proqnozlara əsasən, ortamüddətli dövrdə (növbəti il istisna olmaqla) neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ÜDM-in həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır", - deyə Rəydə qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı