Mərkəzi Bank manatla bağlı məlumat yaydı

Bu həftə ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın bir ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, həftə ərzində 1 dolların orta çəkili məzənnəsi 1.7 manat təşkil edib.

Həftə müddətində manatın bir avroya qarşı rəsmi məzənnəsi 0.0575 manat bahalaşıb. Orta ölçülmüş məzənnə isə 0.02749 manat artaraq, 1 avro üçün 1.88094 manat təşkil edib.

Bu həftə manatın 100 Rusiya rubluna nisbətdə rəsmi məzənnəsi 0.0241 manat bahalaşıb. Orta ölçülmüş məzənnə isə 0.0297 manat azalaraq 100 rubl üçün 1.994 manat təşkil edib.

Bu həftə manatın bir türk lirəsinə nisbətdə rəsmi məzənnəsi dəyişməyərək, 1 lirə üçün 0.0447 manata bərabər olub. Orta ölçülmüş məzənnə isə 0.0001 manat azalaraq 1 lirə üçün 0.0447 manat təşkil edib.

Qeyd edək ki, 31 mart qeyri-iş gününə təsadüf etdiyindən tənzimləyici qurum tərəfindən həmin günə aid göstəricilər açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı