Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Londondakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Metbuat.az xəbər verir ki, səfir işdən çıxarılmazdan əvvəl “Sky News” telekanalına açıqlamasında Zelenskini tənqid edib. Səfirin işdən çıxarılmasının bu tənqidi açıqlama ilə əlaqəli olduğu güman edilir.
Qeyd edək ki, Vladimir Zelenksi Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə təşəkkür edib. Səfir isə bunun doğru siyasi davranış olmadığını bəyan etmişdi.