"Rusiya İrəvanla Bakı arasında nizamlanmanın əldə olunacağına əmindir"

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına nail olacağına əmindir.

Metbuat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Biz tamamilə əminik ki, Ermənistan və Azərbaycan siyasətçiləri Rusiyanın bütün mərhələlərdə irəli sürdüyü mövqeyə həssas və məsuliyyətli yanaşırlar. Düşünürəm ki, bizim səylərimiz istənilən nəticəni verəcək və nizamlanma əldə olunacaq", - Ryabkov bildirib.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi Qərbdən fərqli olaraq, Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız sabit nizamlanma formulu axtarır və hər iki tərəf üçün başa düşülən variant üzərində işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı