Salyan sakini fermada güllələndi

Bu gün saat 17 radələrində Salyan rayonunun Qardili kənd sakini Yaşasın Səfərovun Sarvan kəndi ərazisində yerləşən fermaların birində odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.

N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi təklüləli ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı