Qubad İbadoğlu ittiham olunduğu maddə ilə neçə il həbs oluna bilər?

Xəbər verdiyimiz kimi, Qubad İbadoğlu Cinayət məcəlləsinin 204.1-ci maddəsi ilə ittiham olunur.

Metbuat.az xəbər verir ki, CM-nin 204.1- ci maddəsi saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma ilə bağlı təqsirləndirilmədir.

Məcəllənin 204.1-ci maddəsində qeyd olunur ki, satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma maddəsi ilə şəxs beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə feto ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı