“Beşiktaş” klubu Filipe Koutinyonu heyətə cəlb etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Beşiktaş” futbolçunu icarəyə götürmək istəyir. “Aston Villa” uğurlu oyun nümayiş etdirə bilməyən Koutinyonun klubdan getməsinə razılıq verib. Bildirilir ki, “Beşiktaş” və “Aston Villa” futbolçunun icarəyə verilməsi məsələsində razılığa gəlib. Koutinyo “Beşiktaş”ın təklifini rədd etməsə də hələki yekun qərarını verməyib. Futbolçunun özü də gücünü yeni klubda sınamağın tərəfdarıdır.
Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl Amartey ve Onananı transfer edib.