Qusarda itkin düşən şəxs meşədə tapıldı - FOTO

Qusarda itkin düşən şəxs tapılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə rayonun Kuzun kənd sakini, əqli qüsurlu 47 yaşlı Gülbala Muradovun itkin düşməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşları tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsində G.Muradov meşənin dərinliklərindən tapılaraq ailəsinə təhvil verilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR